Çərpələng-Dağınıq fikirlər bloqu

Qəribə adlarımız

Posted on: Mart 2, 2009


Cəmiyyətdə gülməli adlara hamımız rast gəlmişik. Elə bu yaxınlarda tanış olduğum bir dərbəndli azərbaycanlı oğlunu çağıranda özümü gülməkdən güclə saxladım: uşağın adı Gilas (!) imiş. Görəsən, uşaqlarına belə ad verənlər onların gələcəyini heç düşünürmü?…  Deyəcəksiniz ki, savadsızlıqdandır. Düz deyəcəksiniz. Avamlıqdandır həm də…

Ancaq özümüzün də savadsızlıqdan güldüyümüz adlar az deyil. Bəziləri qədim adlardır, bəziləri qısaltmalardan gəlir. Bəziləri qonşu dillərdən gəlib bizdəki tamam başqa sözlərə oxşayır, bəziləri də əksinə, başqa dillərdə gülməli səsləndikləri üçün bəzilərimizi güldürür. Bu sonuncu məqamı nəzərə alıb, rusdilli dostlar üçün vaxtilə bəzi adların izahını vermişdim. Adlar bu keçiddədir (ola bilər, fwd şəklində poçt qutunuza dəfələrlə gəlib ; ən axırdakı ismarıca baxın). Onlara verdiyim izahlar isə burda. Hamısı ruscadır, ancaq düşündüm ki, azərbaycan bölməsini bitirənlərin də bir çoxuna maraqlı olar.

Bu kimi adlarla qarşılaşmısınızsa, yazın, elə burda da müzakirə edə bilərik. Özüm də, eşidib bildikcə yazacam, izah etməyə çalışacağam.

2 Cavab to "Qəribə adlarımız"

Qəribə adlar bizdə çoxdur. Bu haqda çox yazmaq olar. Mən başqa bir xüsusiyyət haqda danışmaq istəyirəm. Bizim bir müəllim var, Zeynal Məmmədli. O, həmişə deyir “sözlər insanlardan qisas alır”. Mən onun sözlərində həqiqət görürəm. Harada və necə işlənməsindən asılı olmayaraq, sözlər insanlara öz keyfiyyətini aşılayır. Mənə elə
gəlir ki, bu baxımdan qəribə adı olan insan da heç zaman normal ola bilməz;)

Qətiyyən razı deyiləm. Bu haqda gənc orjinal iqtisadçı S.Levitt yaxşı yazır. Bestsellerə çevrilmiş Freakonomics kitabında Winner və Loser adlı iki qardaşın taleyini misal gətirir. Birincisinin adı Qalib mənasına gəlir, amma həyatı türmələrdə keçən cani və nəşəxora çevrilir. İkincisinin adı təqribən maymaq mənasını versə də, oxuyub Nyu-York Polisində həmkarlarının sevib hörmət etdiyi bir detektiv olur.
Başqa bir misal isə lap gözə girir: Kimberli, Robin və Marixuana Pepsi adlı üç bacıdan məhz bu əcaib-qəraib adlı sonuncusu təlim-tərbiyə istiqaməti üzrə magistratura dərəcəsini alır.

Yəni ki, insanın adı onun haqda ibtidai təəssuratı versə də, nəticədə yenə də şəxsi keyfiyyətləri həlledici olur. Əsas olanı gülünc adının kompleksləşdirib özünə dərd etməməkdir. Bir də ki, bu cür utancverici adı dəyişmək səhv etmirəmsə vətəndaşın qanunda əks olunmuş haqqıdır.

Bir şərh yazın

Səhifələr