Çərpələng-Dağınıq fikirlər bloqu

Archive for the ‘İqtisad elmi’ Category


Azərbaycan iqtisadiyyatını izah etməyə çalışan modellər necə olmalıdır? Gündəlik gerçəkliyimizi əks etdirməli, ölkəyə aid oluna biləcək ümumiləşdirmələrə söykənməlidir. Fərziyyələrinə keçməmişdən əvvəl məni iqtisad elmində həmişə narahat etmiş bir məsələ üzərində durmaq istəyirəm. Standart iqtisadi nəzəriyyələrdə dövlətin qərar funksiyası məni həmişə düşündürub. Orda dövlət həmişə sosial optimuma can atan (istər Bentamın libertarian görüşləri, istər məşhur Pareto optimumu, istərsə də Rawls-un sosial ədalət məfhumu baxımından) bir qüvvə kimi görülür. Ancaq tutalım ki, iqtisad elmi məhdud vəsaitlərdən səmərəli istifadənin bütün yollarını tapdı. Məgər dövlət bu yollara həmişə əməl edəcəkmi? Bu suala “hə” cavabı vermək iqtisad elmini sosial elm olmaqdan çıxarır, texniki elmlər sırasına gətirir. Halbuki, iqtisadın gücü məhz dəqiq elmlərdən bəhrələnib, sosial qanunauyğunluqları tədqiq etməkdədir. Əgər dövlətin məqsədi təmənnasız şəkildə cəmiyyətin faydalılıq funksiyasının maksimumunu aramaqdan fərqlidirsə, onda əlbəttə ki, Bu yazının qalanını oxu »


Söhbət nə gözəllik müsabiqəsindən, nə avtosalondan, nə də aerodinamika dərnəyindən getmir. Model ilk növbədə nəzəriyyədir (belə eləsəm, belə olar, sonra da belə-belə olar). Fərziyyələr üzərində qurulmuş bir mühakimə ardıcıllığıdır. Konkret qoyulan bir suala cavab axtarmaq üçün qurulmaqla yanaşı, daha geniş proseslərin cərəyan etdiyi şərti analitik ortam kimi də nəzərdə tutula bilər. Aviasimulyatora bənzəyir: Bu yazının qalanını oxu »