Haqqımda
Özüm tələbəyəm (əslində artıq tələbə də deyiləm, doktorantam). Adımın əhəmiyyəti yoxdur. Heç dilçi də deyiləm, iqtisadçıyam. Bəlkə də ölkəmizə dilçi lazım olsaydı, elə dilçi olardım. Hər halda iqtisadçı olaraq bu olkəyə daha çox xeyir gətirəcəyimi düşünürəm. Sadəcə olaraq, dilçilərimizin tərpənmədiyini görüb, bu bloqda dilimizin təmizliyi məsələlərini qaldırmaq qərarına gəldim. Dilçilərimiz aktivləşəndən sonra bu bloqa da ehtiyac qalmaz (ən azı, dillə bağlı hissəsinə).
İqtisadla bağlı postlarımda maliyyə-iqtisad sözlüyü layihəsini gerçəkləşdirmək istərdim. Bununla bağlı bu bloqa uyğun hazır lüğət qəlibi (template) axtarıram. Bildiyiniz varsa, bölüşün, minnətdar olardım.
4 Cavab to "Haqqımda"

Doğrudan da sizin zəngin diliniz var. Bloqunuzu oxuduqca oxuyuram, yanı elə bloqlar var, bir az oxuyandan sonra adam bezir.

Aprel 21, 2010 12:45 səhər
Ad həqqindəki sözlərinizi bəyəndim. Hər millətin özünün neçə bir asli adları vardur ki, oları saxlamaq hər kimə bir vəzifədür. Bu ərəb adlari bütün ölkədən pozmax lazım.