Çərpələng-Dağınıq fikirlər bloqu

Posts Tagged ‘lüğət


İqtisad.net saytının qan elədiyi vaxtlarda İlkin Sabiroğlu saytın aktivlərinə belə bir təklif vermişdi: hərə həftədə öz sahəsinə uyğun on terminin tərifini verir və bunları saytın iqtisadi sözlüyünə əlavə edirik. Elə oldu ki, bu təşəbbüs uzun sürmədi. Şəxsən özümün hazırladıqlarım çox olmadı.  Ərsəyə gələnlərini o vaxt atdım Azərbaycan Vikipediyasına. Mən hərəsini bir viki məqaləsi şəklində düşünmüşdüm, ancaq AzViki idarəçisi dedi ki, bu daha çox Vikilüğətə uyğundur. Ona görə də, hamısı bir yerdə məchul bir “Maliyyə”  başlığı altında qaldı. İndi istəyirəm o təşəbbüsü davam etdirim. Azfinecon qrupunun da üzvlərini bu işə qoşmağa çalışacağam. Təbii ki, bu yazımı oxuyub siz də qoşulmaq istədinizsə, sözlüyün də, bloqumun da, Azfinecon qrupunun da qapıları üzünüzə açıqdır. Hələliksə, dediyim sözləri bura köçürüb, hər gün bir-iki söz artırmağa çalışacağam. Getdik.

Qurtarma (ing.Bailout). Dövlətin maliyyə siyasətinə baxan qurumları vasitəsilə özəl qurum olan bank və digər maliyyə qurumlarını iflas olmaqdan qurtarmaq üçün bu qurumların qarşılaya bilmədiyi maliyyə öhdəliklərini öz boynuna götürməsidir. Bu yazının qalanını oxu »