Çərpələng-Dağınıq fikirlər bloqu

Posts Tagged ‘Dilin təmizliyi


Bir vaxtlar qınından çıxıb bəyənmədiyim AzDİU-da inhisara inhisar deyərdilər. Sevə-sevə oxuyub dinlədiyim Azadlıq radiosu isə monopoliya deyib həmsöhbətlərinə də dedirdir.  Bu heç də xoş hal deyil. Hər sözün vətəndaşlığı olur. İnhisar sözü ərəb köklü olsa da, çoxdan vətəndaşlıq alıb. Təzədən belə qanunsuz monopoliyaya nə eytiyacımız vardı? Lap səksəni qoyub həştadı gətirtməyimizə oxşadı. Ancaq lüğətlərdə olmamasına baxmayaraq, həştad xalq dilində yaşayır, heç kəsin də buna güldən ağır sözü ola bilməz. Monopoliya isə heç yerdə yaşamır, üstəlik də sənədsiz gəzir… Ayıbdır.

Advertisements

O gün düşünürdüm, görəsən Azərbaycan dilinin saflığını, gözəlliyini, ya da heç olmasa, adice düzgünlüyünü qoruyacaq bir dil qurumu varmı? Məncə, olmamış olmaz, amma niyə fəaliyyətini görmürük? Bu da siyasi fəaliyyət deyil ki, deyim dövlət təsisatları bu gün  öz işini görməyə qorxur, ya da istəmir. Həftəlik ya aylıq bir jurnal ya da təlimat və məsləhət toplusu buraxsınlar. İşləridir də, bəlkə belə deyil?

Türkiyədə, məsələn bu işi Türk Dil Kurumu (TDK), Fransada Académie Française görür. Avropa Birliyinin dillə məşğul olan təsisatları burada sadalanir. Bizdə də yəqin bu işə Elmlər Akademiyasının müvafiq qurumu baxır. Kağızda təbii ki…

Məntiqlə düşünsək, yəqin ki, yenə də maaş məsələsidir. Əlbəttə, heç bircə bazarlığa da yetməyən maaşla hansı işdən söhbət gedə bilər. Dilçilərimizin başı qarışıb ali məktəbə test sistemi ilə  tələbə hazırlaşdırmağa. Dil yaddan çıxıb, amma onlarda günah görmürəm. Deyirəm, Neft Fondu bir dilimizin də inkişafına pul ayırsaydı, dərdimiz olmazdı. Dövlətin deyəsən pulu qalmayıb axı belə “xırda-mırda” şeylərə.  Ehhh…