Çərpələng-Dağınıq fikirlər bloqu

Archive for the ‘Cəmiyyət’ Category


Cəmiyyətdə gülməli adlara hamımız rast gəlmişik. Elə bu yaxınlarda tanış olduğum bir dərbəndli azərbaycanlı oğlunu çağıranda özümü gülməkdən güclə saxladım: uşağın adı Gilas (!) imiş. Görəsən, uşaqlarına belə ad verənlər onların gələcəyini heç düşünürmü?…  Deyəcəksiniz ki, savadsızlıqdandır. Düz deyəcəksiniz. Avamlıqdandır həm də…

Ancaq özümüzün də savadsızlıqdan güldüyümüz adlar az deyil. Bəziləri qədim adlardır, bəziləri qısaltmalardan gəlir. Bəziləri qonşu dillərdən gəlib bizdəki tamam başqa sözlərə oxşayır, bəziləri də əksinə, başqa dillərdə gülməli səsləndikləri üçün bəzilərimizi güldürür. Bu sonuncu məqamı nəzərə alıb, rusdilli dostlar üçün vaxtilə bəzi adların izahını vermişdim. Adlar bu keçiddədir (ola bilər, fwd şəklində poçt qutunuza dəfələrlə gəlib ; ən axırdakı ismarıca baxın). Onlara verdiyim izahlar isə burda. Hamısı ruscadır, ancaq düşündüm ki, azərbaycan bölməsini bitirənlərin də bir çoxuna maraqlı olar.

Bu kimi adlarla qarşılaşmısınızsa, yazın, elə burda da müzakirə edə bilərik. Özüm də, eşidib bildikcə yazacam, izah etməyə çalışacağam.


Bir neçə il bundan əvvəl rusdilli forumlarımızdan birində bu şəkilləri yerləşdirmişdim. İndi ki, bloq var, dedim bura da qoyum. Bir də gördün, indiki tələbələrə də ilham gəldi, başbilənlərini utandırmaq keçdi könullərindən…