Çərpələng-Dağınıq fikirlər bloqu

Ərəb adlarımız (?)

Posted on: Aprel 21, 2010


Bu yazını oxucularımdan birinə cavab olaraq başladım. Ancaq məsələnin əhəmiyyətini düşünüb ayrıca post halına salmağı qərara aldım.

Latın və yunan dilləri Qərb üçün nə olubsa, ərəb dili də müsəlman Şərqi üçün o olub (bəzi istisnalarla, fars dilini də bura əlavə edərdim). Belə şeylərə tarixin güzgüsündən baxmağı bacarmaq lazımdır. İslam dini və mədəniyyətinin bizim xalqın təşəkkülündə yeri danılmazdır. Bunlar bizim kimliyimizin bir parçasıdır. İndi biz ərəb deyilik deyə, bunları kəsib atmaq mənə gülünc gəlir. Elə eləsək, dilimiz özgələşər. Ümumiyyətlə, bu təsir olmasaydı, Qumilyov demişkən, “Azərbaycan türkmənləri” indi başqa bir etnos idi. Eyni sözlər yəqin ki, Azərbaycanın (və daha geniş mənada, regionumuzun) digər xalqlarına da aid oluna bilər.

Müsəlman Şərqindəki ərəb köklü adların hamısı məgər eynidir ki? Hərə öz dilinə uyğunlaşdırıb, samitləri də, saitləri də. Lap elə Fatimə adını götürək. Bizdə Fatma deyirlər, Dağıstanda Patimat deyirlər, halbuki ərəbcədə vurğu ikinci hecaya düşür. Bir çox adlarımızı deyəndə ərəblər heç başa da düşmür, halbuki kökləri ərəbcədən gəlir.

Rusların adlarının böyük bir hissəsi yunan mənşəlidir, ancaq rusların “adlarımızı dəyişək” kimi şüarlar irəli sürdüyünü görən olmayıb. Ümumiyyətlə, Qərbin bütün dillərində bu iki dildən gələn adlar da, sözlər də inanılmaz dərəcədə çoxdur. Hamısı da milliləşib – bir növ “vətəndaşlıq” qazanıblar.

Dil daim inkişafdadır, bu əsrdə danışılan dillə gələn əsrdəki onsuz da eyni olmayacaq. Dövlət, təbii ki, Dil Qurumları təsis etməklə, qanunlar çıxarmaqla bu prosesə müdaxilə edə bilər, hətta etməlidir də. Çünki, keçmişdə yığılmış bilikləri mənimsəyib, onları gələcək nəsillərə ötürmək vacibdir. Bunun üçün də yüz-iki yüz il bundan qabaq yazılanları anlaya bilmək lazımdır. Ancaq bu gərək inqilab səciyyəsi daşımasın, gərək mülayim olsun və ən başlıcası da, gərək xalq tərəfindən qəbul olunsun. Yəni, durub birdən-birə kitaba “oxunaq” demək həvəsinə düşsək, xalq bizi ancaq məzəli lətifələrdə anar. Odur ki, əsrin əvvəlində Türkiyədə osmalıcadan çağdaş türkcəyə inzibati yolla keçidə də məhz belə baxıram – lingvistik avantürizm kimi. Bir də ki, dilini saflaşdırmaq istəyən dövlət gərək ədəbiyyata qiymət versin, ədiblərinin nə ilə dolandığını bir düşünsün, uşaq kitablarının nəşrinə qayğı göstərsin. Belə şeylər iqtisadi həvəsləndirmə ilə olur, yoxsa inzibati yolla “bundan sonra belə deməlisiz” əmrilə yox.

Bu mənada əsrin əvvəlində soyadlarımıza rus dilindən köçürülən “-ov”, “-ev” sonluqlarının əlavə olunmasına pis baxıram, çünki süni şəkildə baş verən bir dəyişiklikdir. Məsələn, mən Milli Məclisin 1992-ci ildə bununla bağlı verdiyi qərardan faydalanıb soyadımdan bu sonluğu götürtmüşəm. Ancaq ərəb mənşəli adımı dəyişmək ağlımdan belə keçməyib.

Advertisements

5 Cavab to "Ərəb adlarımız (?)"

mənim fikrimcə də ərəb adlarımızı dəyişməyin yeri yoxdur.. gül kimi adım var: Fəridə.. ərəb adıdır..
amma sizin sözünüzə qüvvət soyadımın sonluğunu dəyişmək istərdim, çünki ruslardan bir əlamət belə olsun istəmirəm həyatımda..
tşk..

Salam. Bir az çətin olsa da soyadlarını tezliklə, adları isə yeni doğulan körpələrə yalnız Azərbaycana aid adlar qoymaq lazımdır.

Ziya, əvvəla, bu iş könüllü olmalıdır, soyadlara düzəlişlər də, uşaqlarımıza ad seçmək də. İkincisi, biz deyəsən “Azərbaycana aid” adlar dedikdə eyni şeyi başa düşmürük sizinlə. Mənim sözümün canı budur ki, kökü ərəb, fars dillərindən gələn adlarımız ərəb, fars adları yox, məhz Azərbaycan adlarıdır. Həm bu adlar həmin dillərdə başqa cür tələffüz olunur, həm də ki, bizim kimliyimizin ayrılmaz bir hissəsi olaraq qalır. Azərbaycanli Məmməd Turkiyeli Mehmet, Dagistanli Magomed, Iranli Mohammad, Erebistanli Mohammed, Seneqalli Mamadu ve s. Məhəmmədlərdən fərqlidir. Necə ki, fransiz Michel ingilis Michael, belçikali Mickaël, macar Miklos,rumın Mihai, rus Mixail bir-birindən fərqlidirlər. Avropa adlarının az qala hamısı ya yunan-roma irsindən, ya da incil irsindəN qalmadır.İndi bunların milli kimliyi yoxdur məgər?

Mən də elə hesab edirəm ki, biz qədim türk adlarımıza qayıtmalıyıq

Qədim türklərlə bugünün Azərbaycan türkləri arasında çox kiçik mədəniyyət fərqləri qalıbdır… o vaxtdan bizim kimliyimiz min bir təlatümə uğrayıb, etnogenez prosesi dayanmadan gedib. Ziyaya dediyimi bir də deyim: “Mənim sözümün canı budur ki, kökü ərəb, fars dillərindən gələn adlarımız ərəb, fars adları yox, məhz Azərbaycan adlarıdır.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: