Çərpələng-Dağınıq fikirlər bloqu

Of nə?!

Posted on: Fevral 12, 2009


Bir neçə ay bundan qabaq, həmişəki gülünc bəhanələrlə zindana atılmış jurnalistlərdən birinin ailəsi ona baş çəkmişdi. Görüşdən sonra yeniyetmə qızını danışdırdılar, dedilər, bəs, nə hisslər keçirirsən? Dedi “of bə, elə bil dünyanı mənə verdilər!”

… İndi deyirəm, qızım, dünyanı verdilər, lap yaxşı. Daha bu  “of bə” nə idi?! “Of”umuz var, buna bə artırmaq təzə dəbə minib? (Əslində,”bə”miz var, ancaq o “bə”dən deyil, “bəs”in ləhcə variantıdır)

Bu da “Türkiyə filmlərini olduğu kimi versinlər” deyənlərə cavab…Özü də, bu meyli çoxdandır hiss eləmişəm. Beş il qabaq belə şeylər az-az rast gəlinərdi. İndi isə yetişməkdə olan nəsil elə bu cür xoruz buraxa-buraxa gedir. Ancaq, hara gedir, Allah bilir…

Yenə də deyirəm, belə yaxınlığın (necə də olsa kökümüz birdir) yaxşı tərəfləri az deyil. Elə özüm gündəm, özəlləşdirmə, cizgi filmi (bunun haqqında xüsusi qeydim olacaq) kimi sözləri sevə-sevə işlədirəm. (Bilgisayar da çox xoşuma gəlir. Heyf ki, işlətmirik). Bunlar biz danışan dilin quruluşuna, söz xəzinəsinə uyğundur və adamın qulağını oxşayır. Üstəlik, ya əvvəllər olmayan məfhumlar üçün işlənir, ya da əvvəlkilərini daha doğma səslənənlərlə əvəz etmək üçün.

Ancaq, danışıq dilinin ədatlarını da durub Türkiyə seriallarından öyrənsək, daha bu olmadı ki…

Advertisements

3 Cavab to "Of nə?!"

Bu da yaxşı yazıdır. Ancaq Azərbaycan dilində səhv etmirəmsə “hayıf ki” sözü yoxdur. Əvəzində “heyf ki” var. Buna da diqqət etsəniz yaxşı olar.

Və bir düzəliş daha. Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur, sonra deyil.

İradlarımı səmimi qəbul edəcəyinizə inanıram.

Admin, şərhə görə çox sağ olun. Düz deyirsiniz. Başqa yazılarımda məhz “heyf ki”yazıram. Burda bilərəkdən yazmasam da, a/ə əvəzlənməsi problemi dilimizdə var. Məncə bu şərq və qərb dialektlərimizin fərqindən irəli gəlir. Ən çox da bu xüsusi adlara sirayət edib: Qönçə/Qonça, Əli/Alı… Əslində bütün yazılarımda tələb etdiyim Dil Qurumu belə hallara aydınlıq gətirməlidir.

Vergül məsələsini də düzgün görmüsünüz. Gələcəkdə buna da fikir verərəm. İradlarınız yerində deyilib. Belə iraddan çox olsun. Sağlam tənqid olmasa bu cəmiyyət ağ günə çıxmayacaq.

Çünki türk dili azərbaycan dilindən çox şirindir, elədə türk dilli millətlər arasında ən şirin dil türk dilidir. Buna görə də, televiziyada türk sözlərini eşitdikdə tez qavrayırıq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: