Münhen. Hara?! Münxen. Hə..
Posted Fevral 8, 2009
on:- In: Dilimiz
- 2 Comments
Deyirəm, rus dili irsindən nə qədər qurtulmağa çalışsaq da, olmur ki, olmur. Neynək, rusca eşitmişik də bu zəhirmar şəhərlərin adlarını… Dəyərli jurnalistlərimiz dünənki yazılarında almanca adı “München” gedən şəhərin adını bizə Münhen kimi təqdim eləyiblər.
Razı deyiləm. Ruslar Münxen deyir deyə, jurnalistlər də, özlərini yormadan eləcə “x” yerinə “h” yazıb canlarını qurtarıblar. Lap Pasport Stolunun memurları kimi… Halbuki, “x” səsi bizdə var. Ruscadakını demirəm, almancanın özündə “x”dirsə, bizdə niyə “h” olmalıdır ki? Lap döndü almanca adı “Goethe” yazılıb, Göte oxunan böyük şairin bizdə birdən-birə dönüb Höte olmasına. Dalınca da İsveçdəki ‘”Goetheburg” dönüb olub Höteburq… adamın gülməyi gəlir. Tək bunlar olsa, nə dərdimiz var idi…
Ruscadan çevirmə qəliblərini dilimizə kor-təbii tətbiq eləməkdənsə, bir azca helm işlədib məntiqli olmaq daha yaxşı olmazdımı?… Jurnalistdə də günah yoxdur əslində. Hanı orfoqrafiya lüğətləri? Hanı izahlı lüğətlər? Hanı Dil Qurumu? Az qala 20 il keçib daha…Daşdan səs çıxdı, filankəslərdən səs çıxmadı…
2 Cavab to "Münhen. Hara?! Münxen. Hə.."

Müstəqilləşmək başda olmalıdır! Bizdəkilər isə rus dilindən əl çəkmirlər, Azərbaycan dilində transliterasiya edilərək orijinala daha uyğun variantı seçmək əvəzinə gülməli sözlər, adlar, idiomlar yazırlar.

Fevral 8, 2009 9:19 axşam
Doğrudan, dilimizin zənginləşdirilməsi üçün mediamızın oynadığı rol, Fatma nənəm demiş, ölkə üzünə çıxarılası deyil. Dövlətimizdən danışmağına dəyməz. Gərək dövlət bütün televiziyalardan gün ərzində dilin zənginləşdirilməsini tələb etsin. Məsələn, dilimizə yeni daxil olan və köhnə sözlərin təqdimatı və s. kimi televiziya verilişlərinin olmasını. Fransada belə təcrübə var. Eyni zamanda fiziki və virtual resursların da maliyyələşdirilməsi üçün də tədbirlər görülə bilər.
Biz başqa dillərin yaxşi qavranılması üçün öz dilimizi gözəl bilməliyik. Bu eyni zamanda bir vətəndaşlıq borcudur.
Kazım, elə Goethe’nin Höte qalması məsləhətlidir 😉