Çərpələng-Dağınıq fikirlər bloqu

Dövlət sərvət fondları

Posted on: Fevral 8, 2009


Dövlət sərvət fondları (ing. sovereign wealth funds) : Təbii sərvətlərin satışından (AZ, KZ, RU) irimiqyaslı özəlləşdirmədən əldə olunan gəlirlərin, həmçinin, ticarət artığı üzündən Milli Bankda toplanmış çoxluca valyutanın yönləndirildiyi fondlardır.

Əsas xüsusiyyətləri bunlardır: 1) Aktivlərinin çoxu xarici valyutada və ölkədən kənarda saxlanır. 2) Sərmayələri (Milli Banklara baxanda) daha uzunmüddətli və daha riskli olur. 3) Bir çox hallarda müstəqil qurum olurlar (yəni ki, Milli Bankın balansında olmurlar).

Öz olkələrinə xeyirləri budur ki, dövlət  büdcəsinin gəlir-çıxarını hamarlamağa, makroiqtisadi dəyişənlərin sabitliyini saxlamağa, ölkəyə gələn pul axınları çox böyük olanda pul siyasətinin başını buraxmamağa  kömək edirlər. Bu sonuncuya necə nail olurlar? Artıq pulu Milli Bankın balansından çıxarıb ölkə kənarında yerləşdirməklə. Ancaq bunun da fəsadları olur: əgər bu pul olkəyə qaytarılanda Maliyyə Nazirliyi və Milli Bankla koordinə edilmiş şəkildə qayıtmasa, monetar siyasət (pul siyasəti) əldən gedə bilər.

Arada da, qiymətli kağızlar alıb öhdəsindəki pullara Milli Bankın qazandığından yuksək gəlir qazandırırlar. L.Summers gostərir ki, coğrafi baxımdan çeşidlənmiş, risk profili MB-dən daha yüksək olan, təqaüd fondu tipli sərmayə portfeli olan fondlar tarixən daha çox gəlir qazanmışdır. Bu gəlirin sabitliyi də o birilərindən çox olmuş, 10 illik sərmayə muddətində itki vermə ehtimalı isə başqa qurumlarınkından daha az olmuşdur.

Pullarini qoyduqları ölkələrə  DSF-ları başqa yollarla təsir göstərirlər.

1)İlk olaraq, bu pullarla həmin ölkələrin maliyyə bazarlarında likvidliyi  artırırlar (o ölkələrin firmaları dara düşəndə, onlara maliyyə yardımı edə bilirlər, təbii ki, öz şərtlərini də yeridirlər burada.) Hələ də davam edən bu iqtisadi böhranının əvvəllərində (maliyyə böhranının ortasında – təqribən keçən il bu vaxt) DSF-lari Qərb şirkətlərinə belə kömək etdilər.  Ancaq daha sonra bu sərmayələrindən çox ziyana düsub bu maliyyələşdirməni dayandırdılar.

2) Digər tərəfdən, mühüm texnologiyalar istehsal edən şirkətlərin böyük səhm  paketlərinin alınması dövlət təhlükəsizliyi məsələsini gündəmə gətirdi (xüsusən də Çinlə Rusiyanın DSFlarının yaradılması ilə). DSFlər nə qədər and-aman eləsələr də, bir çox dövlət xadimlərini, eləcə də tədqiqatçıları tam razı sala bilmədilər. İş orasındadır ki, belə sərmayələrini DSFlər dolayı yolla gerçəkləşdirə bilirlər: başqa maliyyə fondlarında (özəl pay fondları – private equity funds, hedcləmə fondları – hedge funds ) pay alıb artıq o şirkətlərin müdirlər şurasında və s. oturma haqlarına yiyələnirlər.

3) Son olaraq, Qərbdə səhmləri alınan şirkətlərin idarəsinə (corporate governance)  ziyan verəcəkləri haqqında fikirlər də deyildi. Belə ki, bir tərəfdən deyirdilər ki, DSFlər (Qərb dövlətlərini sakitləşdirmək üçün) passiv olub menecerlərə istediklerini etmək imkanı yaradacaq. Digər tərəfdən də deyirdilər ki, bəs aktiv olsalar, onda da şirkətlərin qərarlarını iqtisadi səmərəlilik uzərində  yox, gəldikləri ölkələrin siyasi maraqları üzərində quracaqlar.

Advertisements
Etiketlər: , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: