Çərpələng-Dağınıq fikirlər bloqu

İnhisar ya monopoliya?

Posted on: Fevral 6, 2009


Bir vaxtlar qınından çıxıb bəyənmədiyim AzDİU-da inhisara inhisar deyərdilər. Sevə-sevə oxuyub dinlədiyim Azadlıq radiosu isə monopoliya deyib həmsöhbətlərinə də dedirdir.  Bu heç də xoş hal deyil. Hər sözün vətəndaşlığı olur. İnhisar sözü ərəb köklü olsa da, çoxdan vətəndaşlıq alıb. Təzədən belə qanunsuz monopoliyaya nə eytiyacımız vardı? Lap səksəni qoyub həştadı gətirtməyimizə oxşadı. Ancaq lüğətlərdə olmamasına baxmayaraq, həştad xalq dilində yaşayır, heç kəsin də buna güldən ağır sözü ola bilməz. Monopoliya isə heç yerdə yaşamır, üstəlik də sənədsiz gəzir… Ayıbdır.

Advertisements

3 Cavab to "İnhisar ya monopoliya?"

Azərbaycan Türkcəsinə qayğı ilə yanaşanların sayı az olduğundan, belə ziyalı insanlara həmişə hörmətlə yanaşıram,
Hər sözün vətəndaşlığı olur deyə yazdığınız, çox beynəbatan və maraqlı idi. Yəni, ilk dəfə yabancı sözcüklər haqda belə maraqlı cümlə ilə qarşılaşdım.
Həm bu iki sözcük arasında mən də inhisarı seçərdim.
Aşağıdakı yazılarınızı da addaq-buddaq oxudum. Çox yararalı bloqunuz var.Yeni yazılarınızı gözləyirəm.
Həm yaddan çıxmamışdan deməliyəm ki, icazəsiz olaraq şərhinizi öz şərhimlə birgə yeni yazım kimi post etdim. İnşallah ki, xoşunuza gələr. Əks halda xəbərdarlıq edin yeni yazımı silim.

Əlbəttə ki, xoşdur. Təki elə belə yazılar yazılsın. O yeni yazını da oxudum. İmkan eləyib fikrimi yazaram bu həftə sonu.

P.S. İstifadəçi adınızı saytın URLinə bağlasanız, oxuyanlar bloqunuza birbaşa keçid əldə edərlər. (Setting-ə girib contact-da URL-i yazmaq lazımdır. Deyəsən, belə idi…)

hmm . . Ümumiyyətlə, bizdə dillə məşğul olmurlar. Heç olmayıblar da. Ona görə də bu cürdür. Biabırçılıqdır e. Xarici sözləri tərcümə edəndə cox çətinlik çətirik. Hanı bizim alimlərimiz? Adlarını sayanda vərəq çatdırmaq olmur.
Əməlləri niyə yoxdu? Heç bu sahədə gənc kadr da yoxdur!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: