Çərpələng-Dağınıq fikirlər bloqu

Çox yayğın səhvlər

Posted on: Fevral 2, 2009


Bütün bu xırdalıqlar bir yana, yayın vasitələrində son illər, indiki zaman şəkilçisi olan -dır, -dir, -dur, -dür  axirindaki “r”-siz işlənir. Belə yazanlar azərbaycan dilinin ən sadə qaydalarını unudurlar. Axi “r”-siz onlar indiki zaman yox, keçmiş zaman işlətmiş olurlar (müəllifdi = müəllif idi). Odur ki, son zamanlar bir çox hörmətli saytlarımızda yayılmış bu səhvi təkrar etməyin (kim güclüdü yox, kim güclüdür). Başqa xırda səhvləri demirəm, ancaq şəxsən mənim üçün bu cür yazmaq yazanın savadsızlıgına dəlalət edir. Çox istərdim ki, həmişə oxuduğum və peşəkar kimi yanaşdığım www.azadliq.org sayti bu mütəmadi olaraq təkrarlanan səhvi aradan qaldırsın. Başqaları da onun kimi.

Başqa çox yayılmış səhvlərdən “məhz” sözünün yazılışı məni həmişə heyrətə gətirib. Bir də görürsən “məzh, məs, məsh, məhs, məz” yazırlar. Daha bu söz nə günlərə qalmadı. Deməli, düzgün yazılışı budur: Məhz.

Sonra, “tamamile” sözü də həmçinin göz ağrıdır, çünki bəzən “təmamilə” yazırlar. Bu səhvdir, “tamamilə” olmalıdır.

Bir yaxın dostum “hammısını“, “hammımız” deyir. Bu kökündən səhvdir. Hər nə qədər danışıq dilində, bu və ya digər ləhcəmizdən asılı olaraq buradakı “m”-ni ikileşdirsək də, düzgün şəkli “hamısını”, “hamımız” -dır.

Bir çoxları “səhv” sözünü “səhf“, “səv” ve ya “səf” (bu sonuncu ümumiyyətlə başqa sözdür) şəklində yazir.

Bəzən bütün bunlar haqda yazdığıma özüm də heyrətlənirəm. Hətta utanıram da. Ancaq həqiqət budur ki, yeni bədii kitablarımız az qala sıfır saydadır. Olanlarının da oxucusu az qala yox qədərdir. Üstəlik, internetdə xəbər yazanların çoxunun ilkin mənbəyi rus, türk, ingilis mətbuatıdır. Ona görə də, özlərinin yazı-pozu bünövrəsi olmayan gənclərimizin yazısı bu günə düşüb. Bunu yazmaqla zil qaranlıqda bir kiçik şam yandırmış olsam, özümü xoşbəxt hiss edərəm.

Advertisements

5 Cavab to "Çox yayğın səhvlər"

Şərhinizə görə sağ olun. Düz deyirsiniz, elə olsa, daha yaxşı olar. Sadəcə olaraq, öz kompüterimdən yazmayanda, öz şriftimizlə yazmaq imkanım olmur. Bir də ki, açığını desəm, hərfləri bu cür axtarıb yazmağa çox vaxtım gedir, yazınca bütün fikrim dağılır. (Bloqun adını təsadüfən seçməmişəm:)). Hələlik, belə narahat şəkildə yazıb, sonradan hərfbəhərf düzəltməyə üstünlük verirəm. Ancaq söz verirəm ki, hamısını düzəldəcəyəm. Dilin estetikasından dəm vurub, bunları belə qoymaq ən azı oxuyanlara qarşı hörmətsizlik olardı.

Razıyam, amma məncə bu məqaləni unicode-da yazsanız (yəni ə, ü, ö və s. istifadə etməklə) daha məqsədəuyğun olar

Yenə də məsləhət özünüzündür 🙂

Kazım, xahiş edirəm növbəti yazılarında “məndə”, “mən də” kimi fərqli mənalı ifadələrdə kütləvi şəkildə yol verilən səhvlərdən də yazasan.

Baş üstə, Mətin.

Indicə azeriblog.com’un səhv edildiyi haqda bildirişində bunu oxudum: “Filan kodunuz səhvdi.” Sonluqlardan itən bu “r” hərflərini deyəsən Qırmızı kitaba salacağiq axırda…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: