Posted by: mkazim on: Fevral 6, 2009
Bir vaxtlar qınından çıxıb bəyənmədiyim AzDİU-da inhisara inhisar deyərdilər. Sevə-sevə oxuyub dinlədiyim Azadlıq radiosu isə monopoliya deyib həmsöhbətlərinə də dedirdir. Bu heç də xoş hal deyil. Hər sözün vətəndaşlığı olur. İnhisar sözü ərəb köklü olsa da, çoxdan vətəndaşlıq alıb. Təzədən belə qanunsuz monopoliyaya nə eytiyacımız vardı? Lap səksəni qoyub həştadı gətirtməyimizə oxşadı. Ancaq lüğətlərdə olmamasına [...]
Posted by: mkazim on: Fevral 4, 2009
O gün düşünürdüm, görəsən Azərbaycan dilinin saflığını, gözəlliyini, ya da heç olmasa, adice düzgünlüyünü qoruyacaq bir dil qurumu varmı? Məncə, olmamış olmaz, amma niyə fəaliyyətini görmürük? Bu da siyasi fəaliyyət deyil ki, deyim dövlət təsisatları bu gün öz işini görməyə qorxur, ya da istəmir. Həftəlik ya aylıq bir jurnal ya da təlimat və məsləhət toplusu [...]
Recent Comments