Posted by: mkazim on: Fevral 12, 2009
Bir neçə ay bundan qabaq, həmişəki gülünc bəhanələrlə zindana atılmış jurnalistlərdən birinin ailəsi ona baş çəkmişdi. Görüşdən sonra yeniyetmə qızını danışdırdılar, dedilər, bəs, nə hisslər keçirirsən? Dedi “of bə, elə bil dünyanı mənə verdilər!” … İndi deyirəm, qızım, dünyanı verdilər, lap yaxşı. Daha bu “of bə” nə idi?! “Of”umuz var, buna bə artırmaq təzə dəbə [...]
Posted by: mkazim on: Fevral 4, 2009
O gün düşünürdüm, görəsən Azərbaycan dilinin saflığını, gözəlliyini, ya da heç olmasa, adice düzgünlüyünü qoruyacaq bir dil qurumu varmı? Məncə, olmamış olmaz, amma niyə fəaliyyətini görmürük? Bu da siyasi fəaliyyət deyil ki, deyim dövlət təsisatları bu gün öz işini görməyə qorxur, ya da istəmir. Həftəlik ya aylıq bir jurnal ya da təlimat və məsləhət toplusu [...]
Posted by: mkazim on: Fevral 2, 2009
Istədim məni ən çox narahat edən şeylərdən biri haqda danışım: dilimizin yavaş-yavaş eybəcərləşdirilməsi haqqında. Xalqımız gündən-günə avamlığa və savadsızlığa yuvarlandıqca, dilimiz də onu “layiqincə” muşayiət edir. “Eləmisən mi?, Olublar mı?” kimi qəliblərə heç rast gəlmisinizmi? Mən şəxsən yahooqruplarda, xəbər saytlarımızda çox rast gəlirəm. Əvvəllər bu kimi hallar mənə böyük bir barbarlıq kimi gəlirdi. Indi belə [...]
Recent Comments