Posted by: mkazim on: Avqust 26, 2011
Facebook-dakı “Media üçün iqtisad” qrupunun müzakirələrindən birində deyildi ki, ölkə olaraq qazandığımıza baxanda təhsilə çox az xərcləyirik. Yadıma düşdü ki, iki-üç il bundan qabaq belə bir grafik düzəltmişdim. Eşələdim tapdım, rəqəmləri də yenilədim.
Heyf ki, bəzi ölkələrin(ARM, KZ, UKR, RUS(2006-dan), TJK (2008-dən)) göstəriciləri 2007-ci ildən bəri yenilənməyib. Ancaq təsəvvür yaratmaq üçün kifayətdir. Acınacaqlı vəziyyətimiz göz qabağındadır. Düzdür, 2007-dən bu yana müsbət dəyişiklik var və alqışlanmalıdır, ancaq ümumi statistik trend yenə də mənfi meyllidir. Bir də ki, nə qədər ayrılır ayrılsın, yeyib-dağıdılacaqsa bütün bu cədvəllərin nə mənası var…
Bu da statik müqayisə, post-sovet məkanında keçənilki vəziyyət:
Fevral 22, 2012 at 5:04 am
Kazım, salamlar. Bu gün sizin bu bloqu təsadüfən gördüm, yazıları oxudum və çox bəyəndim. İqtisadiyyatla bağlı bloqları tapmaq və oxumaq çox sevindiricidir.
Bir neçə gün öncə, elə bu mövzu fb-də müzakirə edilirdi, və buna oxşar təsvirləri mən də bloqumdan asmışdım.
http://kanankarim.blogspot.com/2012/02/thsil-xrclrinin-udm-d-pay.html
Əslində, bu təsvirlər hələ təhsilin keyfiyyəti və.s barədə bizə bir ciddi fikir söyləməyə imkan vermir. Məsələn, müxtəlif ölkələrdə təhsil xərcləri təhsil pillələri arasında qeyri-bərabər bölüşdürülür, ölkələrin təhsil sistemləri müxtəlifdir, bir şagirdə/tələbəyə düşən xərclərdən heç nə demir. Yaxın həcmdə ÜDM-ə sahib iki ölkənin tutaq ki təhsil xərclərinin payı faiz etibari ilə yaxındır, amma birinci ölkə 1 milyon tələbəyə, digəri isə 3 milyon tələbəyə bu vəsaitləri xərcləyir.
Amma ümumi olaraq bu təsvir təhsilin dövlət siyasəti üçün hansı dərəcədə əhəmiyyət kəsb etdiyindən xəbər verə bilər.
Yazılarının ardı gəlsin müəllim.
Kənan