Posted by: mkazim on: Fevral 23, 2009
Həmişə düşünmüşəm ki, gələcək müəllimlərin stimul sistemini düzgün qurmuruq deyə, müəllimlik peşəsini əlacsız qalıb seçən gənclər çox olacaq. Bu gün artıq vəziyyət o yerdədir ki, bu gənclər əksəriyyət təşkil edir. Müəllimlər İnstitutu abituriyentlərin seçim siyahısında heç vaxt yuxarıda gəlmir. Bura düşən tələbələr nisbətən az bal toplayanlar olur. Bu o demək deyil ki, onlar fərsiz olur. Yox, əsla. Sadəcə olaraq, ən yaxşılarımız qədər istedadlı olmurlar. Bu sonuncularsa gedib adında “beynəlxalq” sözü olan ixtisasları seçirlər, ancaq heç axırıncı kursa gəlib çatanda da nə iş görə bildiklərini başa salmaqda çətinlik çəkirlər. Qərəz, sözüm onda deyil…
Eləcə demək istəyirdim ki, aşağıda gətirəcəyim gündəlik yazı səhvləri təkcə orta və ali təhsil sistemimizin sistemsizliyində (!) deyil, həm də gənclərin müəllimliyə yönəldilmə mexanizminin nasaz olmasındadır. Məncə, bir iyirmi il əvvəl çoxları belə vəziyyəti ağlına belə gətirməzdi. Beləliklə, bu gün istəyirəm gözümüzü ağrıdan səhvlərdən deyim.
Azərbaycan dilinin Qərbi Avropa dillərindən fərqinindən danışanda deyirik ki, biz olduğu kimi yazırıq: hər hərf bir səsə uyğun gəlir. “Eşitdiyimiz kimi yazırıq” da demək olar. Ancaq, deyəsən, cavanlar bunu ağına-bozuna baxmadan eləyirlər:
Beləcə…
belə baxıram, bu bloq əslində əksəriyyətin istəkləri ilə uyğun gəlir. bu kimi işlərə dəstək vermək hesab edirəm hamının borcudur. işin digər tərəfi isə gələcəkdə bu kimi proyektlərin dövlətin yaradacağı dil qurumunun əsası ola bilməsidir.
bloqdakı yazılarda və şərhlərdə dəfələrlə qeyd olunanı təkrarlamaq məcburiyyətindəyəm, bu iş üçün dövlətin ixtisaslaşmış dil qurumunun olması vacibdir. bu məsələ ilə baglı təkliflər vermək lazımdır. mənə elə gəlir ki QHT və beynəlxalq təşkilatlar mənasız proyektlərindənsə (ölkədə demokratiyanın inkişafı (!), qadın hüquqlarının qorunması (!), QAT və.s kimi) bu kimi dövlət əhəmiyyətli işlərə dəstək versələr daha səmərəli olardı.
Qadağa və cəzaya əsaslanan qanuna ciddi meyli olan millətlərdənik, yaradılacaq dil qurumu bu məntiqlə hərəkət edərsə və öncəliklə TV və yazılı mətbuatdan başlayıb standartı qoyarsa bu iş çox da uzun olmayan zaman içində qaydasına düşər.
Oncəliyimiz belə bir qurumun yaradılması, həmin qurumun tərkibinin uyğun formalaşdırılması və ən əsası, ictimai fikirə açıq olmasını təmin etmək olmalıdır.
çox sağ olun…
Mart 9, 2009 at 9:03 am
Maraqlı yazıdır. Təşəkkür edirəm. Sevərək oxudum. Lap ürəyimdəkiləri oxumusan sanki, təşəkkürlər bir daha.