Çərpələng-Dağınıq fikirlər bloqu

Nədən istifadə etmisən?

Posted by: mkazim on: Fevral 2, 2009


Milli məktublaşma serverlərimizdən birində çox rast gəlinən bir cümlə: “Gələnlər qovluğunuzun filan qədərini istifadə edirsiniz”. Axı hamımız bilirik ki, burada “qədərindən” işlədilməlidir. Serverə böyük hörmətim var, Azərbaycanda yeganədir, ancaq belə hallar qəbulolunmazdır.  Istər bu server olsun, istər tanınmış xəbər saytı, hamısının böyük ictimai məsuliyyəti var. Odur ki, gərək nə yazdıqlarına, necə yazdıqlarına arabir göz gəzdirsinlər. Xalqın təhsili onsuz da bərbad gündədir. Belə hallar isə, kiçicik də olsa, ümid vermək əvəzinə ümidlərimizi puça çıxaranda bədbinliyə  qapılıram. Bədbinliksə, hər vəchlə qaçınılmalı bir şeydir.)

Yuxarıdaki dil qəlibinin Turkiyə təsirin daha bir nümunesi olduğundan şübhələnirəm (“birşeyi kullanmak” ifadəsini yadınıza salın). Ümumiyyətlə, Türkiyə ilə dil baxımından bu qədər yaxın olmağımız linqvistik imkanlarımızı nə qədər genişləndirirsə, Azərbaycanda danışdığımız türkcənin qorunmasını bir o qədər də çətinləşdirir. Bu mövzuda deyəcəyim çox şey var, intəhası, dağınıq fikirlərimin çərpələngi havalanmaq üçün gilavarını gözləyir.

2 Cavab to "Nədən istifadə etmisən?"

Salam!
Yaxşı iş görürsünüz, lazımlı və faydalı, həm də maraqlı da yazırsınız. Davamlı olmağını arzulayıram.

Uğurlar!

Xoş sözlərinizə görə təşəkkür eləyirəm, Ramin. Davamını da gətirməyə çalışacağam.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.