Posted by: mkazim on: Fevral 23, 2009
Həmişə düşünmüşəm ki, gələcək müəllimlərin stimul sistemini düzgün qurmuruq deyə, müəllimlik peşəsini əlacsız qalıb seçən gənclər çox olacaq. Bu gün artıq vəziyyət o yerdədir ki, bu gənclər əksəriyyət təşkil edir. Müəllimlər İnstitutu abituriyentlərin seçim siyahısında heç vaxt yuxarıda gəlmir. Bura düşən tələbələr nisbətən az bal toplayanlar olur. Bu o demək deyil ki, onlar fərsiz olur. [...]
Posted by: mkazim on: Fevral 14, 2009
Azərbaycan dilinin rus dili irsini nə qədər tənqid etsək də, bu dilin dilimizin söz ehtiyatının zənginləşməsində xüsusi rolu olub. Azərbaycanın işğalından sonra, rus dili yeni biliklər əldə etməyin başlıca vasitəsinə çevrilmişdi (elə günü-bu gunədək də belə qalıb). Avropa sözlərinin rus dilinə tərcümə olunub gəlməsi, bir çoxunun bizim dilə, təzədən ruscadan bir də çevrilib gəlməsi ilə [...]
Posted by: mkazim on: Fevral 12, 2009
Bir neçə ay bundan qabaq, həmişəki gülünc bəhanələrlə zindana atılmış jurnalistlərdən birinin ailəsi ona baş çəkmişdi. Görüşdən sonra yeniyetmə qızını danışdırdılar, dedilər, bəs, nə hisslər keçirirsən? Dedi “of bə, elə bil dünyanı mənə verdilər!” … İndi deyirəm, qızım, dünyanı verdilər, lap yaxşı. Daha bu “of bə” nə idi?! “Of”umuz var, buna bə artırmaq təzə dəbə [...]
Posted by: mkazim on: Fevral 8, 2009
Dövlət sərvət fondları (ing. sovereign wealth funds) : Təbii sərvətlərin satışından (AZ, KZ, RU) irimiqyaslı özəlləşdirmədən əldə olunan gəlirlərin, həmçinin, ticarət artığı üzündən Milli Bankda toplanmış çoxluca valyutanın yönləndirildiyi fondlardır. Əsas xüsusiyyətləri bunlardır: 1) Aktivlərinin çoxu xarici valyutada və ölkədən kənarda saxlanır. 2) Sərmayələri (Milli Banklara baxanda) daha uzunmüddətli və daha riskli olur. 3) Bir çox hallarda [...]
Posted by: mkazim on: Fevral 8, 2009
Deyirəm, rus dili irsindən nə qədər qurtulmağa çalışsaq da, olmur ki, olmur. Neynək, rusca eşitmişik də bu zəhirmar şəhərlərin adlarını… Dəyərli jurnalistlərimiz dünənki yazılarında almanca adı “München” gedən şəhərin adını bizə Münhen kimi təqdim eləyiblər. Razı deyiləm. Ruslar Münxen deyir deyə, jurnalistlər də, özlərini yormadan eləcə “x” yerinə “h” yazıb canlarını qurtarıblar. Lap Pasport Stolunun memurları kimi… Halbuki, “x” səsi [...]
Posted by: mkazim on: Fevral 7, 2009
J’aime beaucoup l’organisation de l’école maternelle en France. Non, mais franchement, tout est assez bien fait pour l’épanouissement de nos petits. Coté parents, en revanche, des mystères persistent et ne sont pas près à être résolus. Je parle, notamment, des habitudes de goûter qui m’étonnent tous les jours à Nice. Oublions, pour l’instant, le fait [...]
Posted by: mkazim on: Fevral 6, 2009
Bir vaxtlar qınından çıxıb bəyənmədiyim AzDİU-da inhisara inhisar deyərdilər. Sevə-sevə oxuyub dinlədiyim Azadlıq radiosu isə monopoliya deyib həmsöhbətlərinə də dedirdir. Bu heç də xoş hal deyil. Hər sözün vətəndaşlığı olur. İnhisar sözü ərəb köklü olsa da, çoxdan vətəndaşlıq alıb. Təzədən belə qanunsuz monopoliyaya nə eytiyacımız vardı? Lap səksəni qoyub həştadı gətirtməyimizə oxşadı. Ancaq lüğətlərdə olmamasına [...]
Posted by: mkazim on: Fevral 5, 2009
İqtisad.net saytının qan elədiyi vaxtlarda İlkin Sabiroğlu saytın aktivlərinə belə bir təklif vermişdi: hərə həftədə öz sahəsinə uyğun on terminin tərifini verir və bunları saytın iqtisadi sözlüyünə əlavə edirik. Elə oldu ki, bu təşəbbüs uzun sürmədi. Şəxsən özümün hazırladıqlarım çox olmadı. Ərsəyə gələnlərini o vaxt atdım Azərbaycan Vikipediyasına. Mən hərəsini bir viki məqaləsi şəklində düşünmüşdüm, [...]
Posted by: mkazim on: Fevral 4, 2009
Bir neçə il bundan əvvəl rusdilli forumlarımızdan birində bu şəkilləri yerləşdirmişdim. İndi ki, bloq var, dedim bura da qoyum. Bir də gördün, indiki tələbələrə də ilham gəldi, başbilənlərini utandırmaq keçdi könullərindən…
Posted by: mkazim on: Fevral 4, 2009
O gün düşünürdüm, görəsən Azərbaycan dilinin saflığını, gözəlliyini, ya da heç olmasa, adice düzgünlüyünü qoruyacaq bir dil qurumu varmı? Məncə, olmamış olmaz, amma niyə fəaliyyətini görmürük? Bu da siyasi fəaliyyət deyil ki, deyim dövlət təsisatları bu gün öz işini görməyə qorxur, ya da istəmir. Həftəlik ya aylıq bir jurnal ya da təlimat və məsləhət toplusu [...]
Recent Comments