Posted by: mkazim on: Avqust 26, 2011
Facebook-dakı “Media üçün iqtisad” qrupunun müzakirələrindən birində deyildi ki, ölkə olaraq qazandığımıza baxanda təhsilə çox az xərcləyirik. Yadıma düşdü ki, iki-üç il bundan qabaq belə bir grafik düzəltmişdim. Eşələdim tapdım, rəqəmləri də yenilədim.
Heyf ki, bəzi ölkələrin(ARM, KZ, UKR, RUS(2006-dan), TJK (2008-dən)) göstəriciləri 2007-ci ildən bəri yenilənməyib. Ancaq təsəvvür yaratmaq üçün kifayətdir. Acınacaqlı vəziyyətimiz göz qabağındadır. Düzdür, 2007-dən bu yana müsbət dəyişiklik var və alqışlanmalıdır, ancaq ümumi statistik trend yenə də mənfi meyllidir. Bir də ki, nə qədər ayrılır ayrılsın, yeyib-dağıdılacaqsa bütün bu cədvəllərin nə mənası var…
Bu da statik müqayisə, post-sovet məkanında keçənilki vəziyyət:
Posted by: mkazim on: May 23, 2010
Keçən il Şanxay Universitetinin elmi çevrələrdə tanınmış sıralamasının 2009 buraxılışı işıq üzü gördü. O vaxtdan nə qədər elədimsə, bu qaralamanı tamamlamağa vaxt ayıra bilmədim. İndi bu məşhur sıralamanın 2010-cu il buraxılışının çıxmasına bir neçə ay qalır. Yenə də dedim bu yazını dərc eləyim – həm vaxtım hədər getmiş olmaz, həm də 2010-la müqayisə özlüyündə maraqlı ola bilər.
Ümumi sıralama
Burada müxtəlif meyarlar üzrə dünyanın 500 ən qabaqcıl ali təhsil ocağını sıralayırlar. Yazının ardını oxu »
Posted by: mkazim on: Aprel 21, 2010
Bu yazını oxucularımdan birinə cavab olaraq başladım. Ancaq məsələnin əhəmiyyətini düşünüb ayrıca post halına salmağı qərara aldım.
Latın və yunan dilləri Qərb üçün nə olubsa, ərəb dili də müsəlman Şərqi üçün o olub (bəzi istisnalarla, fars dilini də bura əlavə edərdim). Belə şeylərə tarixin güzgüsündən baxmağı bacarmaq lazımdır. İslam dini və mədəniyyətinin bizim xalqın təşəkkülündə yeri danılmazdır. Bunlar bizim kimliyimizin bir parçasıdır. İndi biz ərəb deyilik deyə, bunları kəsib atmaq mənə gülünc gəlir. Elə eləsək, dilimiz özgələşər. Ümumiyyətlə, bu təsir olmasaydı, Qumilyov demişkən, “Azərbaycan türkmənləri” indi başqa bir etnos idi. Eyni sözlər yəqin ki, Azərbaycanın (və daha geniş mənada, regionumuzun) digər xalqlarına da Yazının ardını oxu »
Posted by: mkazim on: Sentyabr 9, 2009
Azərbaycan iqtisadiyyatını izah etməyə çalışan modellər necə olmalıdır? Gündəlik gerçəkliyimizi əks etdirməli, ölkəyə aid oluna biləcək ümumiləşdirmələrə söykənməlidir. Fərziyyələrinə keçməmişdən əvvəl məni iqtisad elmində həmişə narahat etmiş bir məsələ üzərində durmaq istəyirəm. Standart iqtisadi nəzəriyyələrdə dövlətin qərar funksiyası məni həmişə düşündürub. Orda dövlət həmişə sosial optimuma can atan (istər Bentamın libertarian görüşləri, istər məşhur Pareto optimumu, istərsə də Rawls-un sosial ədalət məfhumu baxımından) bir qüvvə kimi görülür. Ancaq tutalım ki, iqtisad elmi məhdud vəsaitlərdən səmərəli istifadənin bütün yollarını tapdı. Məgər dövlət bu yollara həmişə əməl edəcəkmi? Bu suala “hə” cavabı vermək iqtisad elmini sosial elm olmaqdan çıxarır, texniki elmlər sırasına gətirir. Halbuki, iqtisadın gücü məhz dəqiq elmlərdən bəhrələnib, sosial qanunauyğunluqları tədqiq etməkdədir. Əgər dövlətin məqsədi təmənnasız şəkildə cəmiyyətin faydalılıq funksiyasının maksimumunu aramaqdan fərqlidirsə, onda əlbəttə ki, Yazının ardını oxu »
Posted by: mkazim on: Sentyabr 9, 2009
Söhbət nə gözəllik müsabiqəsindən, nə avtosalondan, nə də aerodinamika dərnəyindən getmir. Model ilk növbədə nəzəriyyədir (belə eləsəm, belə olar, sonra da belə-belə olar). Fərziyyələr üzərində qurulmuş bir mühakimə ardıcıllığıdır. Konkret qoyulan bir suala cavab axtarmaq üçün qurulmaqla yanaşı, daha geniş proseslərin cərəyan etdiyi şərti analitik ortam kimi də nəzərdə tutula bilər. Aviasimulyatora bənzəyir: Yazının ardını oxu »
Posted by: mkazim on: Mart 8, 2009
Əvvəlki yazımda artıq sözlük layihəsi haqda qısaca yazmışdım. İndi istəyirəm bu layihəyə qoşulmaq istəyənlərə daha dolğun məlumat verim.
Bu günkü iqtisadın dili ingilis dilidir. Bütün yeni anlayışlar o dildən gəlir. Onları düzgün tərcümə etmək elə də asan iş deyil. Başdansovda tərcümələrinsə faydalı iş əmsalı az qala sıfırdır, oxuyan heç nə başa düşmür. Çünki, o məfhumları anlamaq üçün geniş təriflərini oxumaq, hansı yerlərdə işə yaradığını bilmək gərəkdir.
Odur ki, Yazının ardını oxu »
Posted by: mkazim on: Mart 2, 2009
Cəmiyyətdə gülməli adlara hamımız rast gəlmişik. Elə bu yaxınlarda tanış olduğum bir dərbəndli azərbaycanlı oğlunu çağıranda özümü gülməkdən güclə saxladım: uşağın adı Gilas (!) imiş. Görəsən, uşaqlarına belə ad verənlər onların gələcəyini heç düşünürmü?… Deyəcəksiniz ki, savadsızlıqdandır. Düz deyəcəksiniz. Avamlıqdandır həm də…
Ancaq özümüzün də savadsızlıqdan güldüyümüz adlar az deyil. Bəziləri qədim adlardır, bəziləri qısaltmalardan gəlir. Bəziləri qonşu dillərdən gəlib bizdəki tamam başqa sözlərə oxşayır, bəziləri də əksinə, başqa dillərdə gülməli səsləndikləri üçün bəzilərimizi güldürür. Bu sonuncu məqamı nəzərə alıb, rusdilli dostlar üçün vaxtilə bəzi adların izahını vermişdim. Adlar bu keçiddədir (ola bilər, fwd şəklində poçt qutunuza dəfələrlə gəlib ; ən axırdakı ismarıca baxın). Onlara verdiyim izahlar isə burda. Hamısı ruscadır, ancaq düşündüm ki, azərbaycan bölməsini bitirənlərin də bir çoxuna maraqlı olar.
Bu kimi adlarla qarşılaşmısınızsa, yazın, elə burda da müzakirə edə bilərik. Özüm də, eşidib bildikcə yazacam, izah etməyə çalışacağam.
Posted by: mkazim on: Fevral 23, 2009
Həmişə düşünmüşəm ki, gələcək müəllimlərin stimul sistemini düzgün qurmuruq deyə, müəllimlik peşəsini əlacsız qalıb seçən gənclər çox olacaq. Bu gün artıq vəziyyət o yerdədir ki, bu gənclər əksəriyyət təşkil edir. Müəllimlər İnstitutu abituriyentlərin seçim siyahısında heç vaxt yuxarıda gəlmir. Bura düşən tələbələr nisbətən az bal toplayanlar olur. Bu o demək deyil ki, onlar fərsiz olur. Yox, əsla. Sadəcə olaraq, ən yaxşılarımız qədər istedadlı olmurlar. Bu sonuncularsa gedib adında “beynəlxalq” sözü olan ixtisasları seçirlər, ancaq heç axırıncı kursa gəlib çatanda da nə iş görə bildiklərini başa salmaqda çətinlik çəkirlər. Qərəz, sözüm onda deyil…
Eləcə demək istəyirdim ki, aşağıda gətirəcəyim gündəlik yazı səhvləri təkcə orta və ali təhsil sistemimizin sistemsizliyində (!) deyil, həm də gənclərin müəllimliyə yönəldilmə mexanizminin nasaz olmasındadır. Məncə, bir iyirmi il əvvəl çoxları belə vəziyyəti ağlına belə gətirməzdi. Beləliklə, bu gün istəyirəm gözümüzü ağrıdan səhvlərdən deyim.
Azərbaycan dilinin Qərbi Avropa dillərindən fərqinindən danışanda deyirik ki, biz olduğu kimi yazırıq: hər hərf bir səsə uyğun gəlir. “Eşitdiyimiz kimi yazırıq” da demək olar. Ancaq, deyəsən, cavanlar bunu ağına-bozuna baxmadan eləyirlər:
Beləcə…
Posted by: mkazim on: Fevral 14, 2009
Azərbaycan dilinin rus dili irsini nə qədər tənqid etsək də, bu dilin dilimizin söz ehtiyatının zənginləşməsində xüsusi rolu olub.
Azərbaycanın işğalından sonra, rus dili yeni biliklər əldə etməyin başlıca vasitəsinə çevrilmişdi (elə günü-bu gunədək də belə qalıb). Avropa sözlərinin rus dilinə tərcümə olunub gəlməsi, bir çoxunun bizim dilə, təzədən ruscadan bir də çevrilib gəlməsi ilə baş verirdi. Rusların tərcümə eləmədikləri yeni sözləri, elə biz də necə var almışıq. Düzdür bir sıra hallarda bu elə başdansovdaca tərcümə olub, hərfi tərcümələrə yol verilib.
Ancaq hər necə olubsa, azərbaycan dilinin öz söz xəzinəsindən istifadə olunub ve bu sözlər dilimizdə bir növ Türkiyədəki “galeti-meşhur”lar (yəni məşhur qələtlər, səhvlər) kimi qalıblar. Qələti-məşhurlar, tərcümədə baş verən səhvlər üzündən, xarici(əsasən ərəb) sözün türkcəyə ilkin dildəki kimi deyil, ondan tamam fərqli, bəzən hətta əks məna ilə belə çevrilməsindən əmələ gələn sözlərdir. Bizdə buna xüsusi ad verməsələr də belələri var. (Indi yadıma gəlmir, amma var. Yada düşdükcə bu yazını yeniləyəcəyəm.)
Sözümün canı budur ki, fars dili bizə tarixən yaxın olub deyə, bu sözlərin bir çoxu fars dilindən gəlsəydi elə olduqları kimi də qalacaqdı. Amma rus dili ilə heç bir ortaq nöqtəmiz olmadığı üçün, sırf rus dilindən gələn sözlərin çoxunu azərbaycanca işlətmək görünür camaata qəribə gəlirmiş. Nəticədə rus sözlərini (slavyan köklü olanlarını) tərcümə edib daha anlaşıqlı, daha doğma şəklə salırdılar. Ancaq rus dilinə olduğu kimi gəlmiş avropa sözlərini eləyə bilmirdilər. Mən belə başa düşürəm ki, bu da avropa dillərini bilməməkdən irəli gəlirdi (yada salaq ki, ziyalı təbəqə arasında olan fransız dili dəbi, yalnız, ruslarla oturub-durandan sonra yarandı).
Avropa dillərini (xüsusən də fransız dilini) az-çox öyrənəndə də, artıq rus dili bunlar kimi əcnəbi dil olmaqdan çıxmışdı. Belə ki, ruslarla “birtərəfli mədəniyyət mübadiləmiz” genişləndikcə artıq onların dili bizə digər Avropa dilləri kimi qəribə və yabanı bir şey kimi görünmürdü. Hərə az-çox, nə isə bilirdi. Ona gorə də, bu dilə avropa dillərindən tərcümə olunub gələn sözləri, biz yenə də öz sözlərimizlə tərcümə etməyə davam edirdik.
Eyni anlayışları fars dili vasitəsilə öyrənsəydik, onları türk mənşəli sözlərə, çətin ki, çevirəydik. (Necə ki, Güneydə çevirməmişik). Bu baxımdan, rus dili azərbaycan dilinin söz ehtiyatının inkişafında müsbət rol oynayıb, məncə.
Posted by: mkazim on: Fevral 12, 2009
Bir neçə ay bundan qabaq, həmişəki gülünc bəhanələrlə zindana atılmış jurnalistlərdən birinin ailəsi ona baş çəkmişdi. Görüşdən sonra yeniyetmə qızını danışdırdılar, dedilər, bəs, nə hisslər keçirirsən? Dedi “of bə, elə bil dünyanı mənə verdilər!”
… İndi deyirəm, qızım, dünyanı verdilər, lap yaxşı. Daha bu “of bə” nə idi?! “Of”umuz var, buna bə artırmaq təzə dəbə minib? (Əslində,”bə”miz var, ancaq o “bə”dən deyil, “bəs”in ləhcə variantıdır)
Bu da “Türkiyə filmlərini olduğu kimi versinlər” deyənlərə cavab…Özü də, bu meyli çoxdandır hiss eləmişəm. Beş il qabaq belə şeylər az-az rast gəlinərdi. İndi isə yetişməkdə olan nəsil elə bu cür xoruz buraxa-buraxa gedir. Ancaq, hara gedir, Allah bilir…
Yenə də deyirəm, belə yaxınlığın (necə də olsa kökümüz birdir) yaxşı tərəfləri az deyil. Elə özüm gündəm, özəlləşdirmə, cizgi filmi (bunun haqqında xüsusi qeydim olacaq) kimi sözləri sevə-sevə işlədirəm. (Bilgisayar da çox xoşuma gəlir. Heyf ki, işlətmirik). Bunlar biz danışan dilin quruluşuna, söz xəzinəsinə uyğundur və adamın qulağını oxşayır. Üstəlik, ya əvvəllər olmayan məfhumlar üçün işlənir, ya da əvvəlkilərini daha doğma səslənənlərlə əvəz etmək üçün.
Ancaq, danışıq dilinin ədatlarını da durub Türkiyə seriallarından öyrənsək, daha bu olmadı ki…
Recent Comments